PAŞA Qrup tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. 70 nəfər könüllünün iştirak etdiyi aksiyaya PAŞA Holdinq, Kapital Bank, PAŞA Sığorta, PAŞA Həyat Sığorta, “PAŞA Travel” şirkətlərinin əməkdaşları qatılıblar. Paytaxtın Şıxov qəsəbəsində baş tutmuş ekoloji tədbirdə 600 ağac əkilib.
Məlumat üçün qeyd edək ki, 1 ağac il ərzində atmosferə 120 kiloqram oksigen verir. 600 ağac isə il ərzində 1800 nəfər insanın tənəffüsü üçün yetərincə oksigen verir. Ətraf mühitin mühafizəsinə və yaşıllıq zolaqlarının artırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının gələcəkdə də davamlı olaraq keçirilməsi planlaşdırılır.