Korporativ Sosial Məsuliyyət
14İyun

Novxanı çimərliyində “Sahilyanı Təmizlik” tədbiri

14 iyun tarixində PAŞA Holdinq və PAŞA Qrup şikətlərindən olan könüllülərin dəstəyi ilə Novxanı çimərliyində daha bir sahilyanı təmizlik aksiyası həyata keçirilib. Çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyada Kapital Bank, PAŞA Bank, PAŞA Sığorta, PAŞA Həyat Sığorta, PAŞA Travel, FMG şirkətlərindən 50 nəfərə yaxın əməkdaş iştirak edib.

Aksiya çərçivəsində zəruri sanitar ləvazimatlarla təchiz olunmuş könüllülər sahilyanı ərazini tullantılardan təmizləyərək, əraziyə xüsusi çətirlərin quraşdırlmasını təmin ediblər.

Xatırladaq ki, aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaqdır.