Korporativ Sosial Məsuliyyət
9Sentyabr

PAŞA Holdinqdən Korporativ Sosial Məsuliyyət çərçivəsində daha bir layihə

7-8 sentyabr 2018-ci il tarixində PAŞA Holdinq və PAŞA Sığorta şirkətlərinin əməkdaşlarının birgə iştirakı ilə Korporativ Sosial Məsuliyyət çərçivəsində növbəti layihə uğurla həyata keçirilib.

Layihənin əsas məqsədi şimal rayonlarında yaşayan aztəminatlı ailələrin bu il 1-ci sinfə gedəcək uşaqlarına məktəbli formaları, çanta və dərs ləvazimatları hədiyyə etmək idi. Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran şəhərlərində məktəblilər üçün təşkil olunan şənlik zamanı bu il 1-ci sinfə qəbul olan 350 şagirdə məktəbli forması və dərs ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Korporativ Sosial Məsuliyyət komandası bu cür tədbirləri davamlı olaraq növbəti illərdə də həyata keçirməyi planlaşdırır.