Korporativ Sosial Məsuliyyət
14Noyabr

PAŞA Holding-in dəstəyi ilə "Xatirə Yarat" layihəsinin növbəti mərhələsi baş tutub.

14 noyabr 2021-ci il tarixində PAŞA Holding-in dəstəyi, "GİD CSR Consulting" MMC şirkətinin təşkilatçılığı ilə həyata keçirilən "Xatirə Yarat" layihəsinin növbəti mərhələsi baş tutub.

Layihə çərçivəsində təşkil olunan silsilə təlimlər zamanı təlimdə iştirak edən uşaqlar psixoloq ilə seminarda, daha sonra isə peşəkar rejissor və operatorlar tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Seminarın sonunda uşaqlar real video çəkilişlər həyata keçirərək idealarına uyğun xatirə yaradıblar.

Qeyd edək ki, “Xatirə Yarat” layihəsi şanlı qələbəmizin birinci il dönümünə həsr olunmuşdur və interaktiv nəzəri və praktiki təlimlər ilə ümumilikdə 50 şəhid və qazi övladlarını əhatə etmişdir.

Hal-hazırda davam edən layihədə uşaqlara idea, ssenari yazılışı, şəkil və video çəkilişi, səs effektləri və sadə şəkildə montaj edilməsi öyrədilir. Təlimlər peşəkar rejissor, operator, ssenarist və montajçılar tərəfindən həyata keçirilir.