Korporativ Sosial Məsuliyyət
6Sentyabr

PAŞA Holding regionlarda təhsilə dəstək məqsədilə sosial layihə icra etdi

4-6 sentyabr tarixlərində​ ​PAŞA Holdinq, PAŞA Sığorta şirkəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsilə dəstək məqsədilə "Birincilər" layihəsi reallaşdırılıb.

Layihə çərçivəsində regionlarda yaşayan aztəminatlı ailələrin məktəbə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində PAŞA Holdinq və PAŞA Sığorta şirkətinin könüllü əməkdaşları tərəfindən 700-dək uşağa məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunub. Yeni tədris ili ərəfəsində keçirilən bu tədbirlər zamanı uşaqların sevinc və marağına səbəb olan əyləncəli proqram da təşkil olunub.

Ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.