Korporativ Sosial Məsuliyyət
11Mart

PAŞA Holding-in dəstəyi ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində hədiyyələr verilib.

8 Mart tarixində PAŞA Holding-in dəstəyi ilə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yerləşən və Göylər kəndində fəaliyyətə başlayacaq sosial tikiş müəssisəsində çalışan 41 xanıma 8 mart bayramı münasibətilə ilə hədiyyələr verilib.
Qeyd edək ki, Göylər kəndindəki sosial tikiş müəssisəsi PAŞA Holding, Dövlət Məşğulluq Agentliyi və Şamaxı Rayon İcra hakimiyyətinin dəstəyi ilə yaxın zamanda fəaliyyətə başlayacaq.
Bu kimi layihələrin dəstəklənməsi kənd yerlərində yaşayan tənha analar və aztəminatlı ailələrdən olan xanımların peşə bacarıqlarına yiyələnməsinə, məşğulluq imkanlarının genişlənməsinə və onların gələcəkdə ölkə iqtisadiyyatına töhfə verməsinə şərait yaradır.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Woman Bazaar layihələri daxildir.