Korporativ Sosial Məsuliyyət
21Fevral

“PAŞA Holding”in dəstəyi ilə “Siz Baxı sevirsinizmi?” adlı konsert baş tutub.

“PAŞA Holding”in dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə 14 fevral tarixində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı konsert baş tutub.
Tamaşaçılar qarşısında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib. Konsertə gələn qonaqlar üçün muzeyin ekspozisiyası ilə tanış olmaq imkanı da yaradılıb.
Xatırlatmaq istərdik ki, “PAŞA Holding”in xüsusi diqqət yetirdiyi sahələrdən biri də incəsənət sahəsidir və bu istiqamətdə davamlı olaraq müvafiq fəaliyyətlər icra olunur.