“PAŞA Holding” Azad Mirzəcanzadə İnkişaf Proqramının tərəfdaşı oldu.
Tərəfdaşlıq çərçivəsində “PASHA Holding” LLC Azad Mirzəcanzadə inkişaf proqramının iştirakçılarına mentorluq xidməti göstərəcək, iştirakçılar üçün bilik və təcrübə mübadiləsi sessiyaları təşkil edəcək və iştirakçıların ümumi inkişafına töhfə verəcək.
Qeyd edək ki, Azad Mirzəcanzadə inkişaf proqramının əsas məqsədi problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, gələcəyə töhfə verməyə çalışan, innovativ yanaşmaları ilə fərqlənən şəxslərin inkişafına dəstək verilməsidir. “PAŞA Holding” isə, öz növbəsində, daim ictimaiyyət qarşısında məsuliyyət hissi ilə fərqlənərək cari proqrama dəstək göstərir.