Korporativ Sosial Məsuliyyət
15Mart

“Təhsilə Doğru” layihəsi 2023-cü ildə yenidən başlayır!

PAŞA Holding və GID CSR Consulting şirkətlərinin əməkdaşlığı ilə “Təhsilə Doğru” layihəsi 2023-cü ildə yenidən başlayır! Layihə 7-15 yaş aralığında regionlarda (İsmayıllı, Ağdaş, Oğuz, Astara) aztəminatlı ailələrin uşaqları üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi uşaqların təhsilinə dəstək göstərməkdir.
Bu məqsədlə riyazıyyat və ingilis dili fənnləri üzrə dərslər təşkil edilir, interaktiv proqram ilə bilik və bacarıqların artırılmasına dəstək göstərilir. Uşaqlar əldə etdikləri bilikləri təşkil ediləcək olimpiadalarda nümayiş etdirmək şansı qazanır. 2022-ci ildə "Təhsil doğru" layihəsi 500-dən çox məktəblini əhatə etmişdi.