“PAŞA Holding”in baş sponsorluğu ilə 6-15 oktyabr tarixlərində növbəti Bakı Beynəlxalq Caz Festivalı baş tutub.
18-ci dəfə keçirilən festivalda Grammy mükafatı laureatları da daxil olmaqla 19 musiqiçi iştirak edib. Festivalın proqramı təkcə tamaşalardan deyil, həm də mühazirələrdən, mükafatlandırma mərasimindən, sərgidən və şərab dequstasiyasından ibarət olub.
2005-ci ildən keçirilən festival Bakı sakinləri və paytaxt qonaqları arasında ən sevilən tədbirlərdən birinə çevrilib.
Beş fərqli məkanda təşkil edilən tədbirlər çoxlu sayda ziyarətçi cəlb edib.