“PAŞA Holding”in baş sponsorluğu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 22-25 iyun 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2023) keçiriləcək.
Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən məqalələr dünyanın 30-a yaxın elmi bazasında indekslənəcək.
Konfransda iştirak üçün elmi məqalələrin son göndərilmə tarixi 21 aprel 2023-cü ildir.
Ətraflı məlumatı konfransın www.conferences.az saytından əldə edə bilərsiniz.