Korporativ Sosial Məsuliyyət
13Mart

“Əlaçı” proqramını çərçivəsində tələbələr ilə görüş.

Bildiyiniz kimi bir müddət öncə PAŞA Holding PAŞA Sığorta ilə KSM çərçivəsində gənc nəslin peşəkar inkişafına dəstək olmaq məqsədilə “Əlaçı” proqramını tədqim edib. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Proqram çərçivəsində tələbələr üçün təqaüddən əlavə şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri, mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri təşkil olunur.
Fevral ayından etibarən Əlaçı proqramının iştirakçıları üçün PAŞA Holding-in müxtəlif departmentlərdə çalışan mütəxəssisləri ilə görüşlər də keçirilir. Əlavə olaraq, layihənin bir digər partnyoru olan PAŞA Sığortanın da təşkili ilə Sığortaçı Məktəbi keçirilir.

Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı 2000-i ötüb, proqrama seçilən tələbələrin sayı isə 110 nəfər təşkil edib.