Korporativ Sosial Məsuliyyət
28Sentyabr

PAŞA Holding “Birincilər” layihəsini reallaşdırıb.

“PAŞA Holding” “Birincilər” layihəsini reallaşdırıb. “PAŞA Holding” və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə ölkədə təhsilə dəstək məqsədilə bu il də “Birincilər” layihəsini reallaşdırılıb. Avqust ayından etibarən layihə çərçivəsində regionlarda yaşayan aztəminatlı ailələrin məktəbə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Ümumilikdə “PAŞA Holding” və Sosial Xidmətlər Agentliyi dəstəyi ilə bütün ölkə üzrə 14,800-dən çox birinci sinif şagirdlərinə məktəbli forması və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim olunub ki, buraya birinci sinfə gedən şəhid övlarları da daxildir.
Qeyd ekək ki, “PAŞA Holding” aztəminatlı ailələrdən olan birinci sinfə gedəcək uşaqlara dəstək məqsədi daşıyan bu layihəni 2018-ci ildən etibarən həyata keçirir. Belə ki, 2018-ci ildən indiyədən Şirkət tərəfindən 50,000-ə yaxın uşağa zəruri məktəbli ləvazimatları təqdim olunub. Ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.