Korporativ Sosial Məsuliyyət
5Yanvar

"Dost Payı" layihəsi

"PAŞA Holding" və əməkdaşlığı "GID CSR Consulting" ilə "Vətən" mövzusunda “Dost Payı” layihəsi həyata keçirilmişdir.


"Dost Payı” layihəsinin əsas məqsədi uşaqlar arasında sevgi, güvən və dostluq bağı yaratmaqdır. Layihədə müxtəlif sosial qruplardan olan uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyə qutularını Goranboy, İsmayıllı, Ağdaş rayonlarında yaşayan, valideyni vətən uğrunda şəhid olmuş uşaqlara hədiyyə etdilər.