PAŞA Holding təcrübəli namizədləri Ekosistem daxilində Strategiya və Performans üzrə Rəhbər vəzifəsinə dəvət edir. Bu rol Ekosistemdə Strateji Aktivlər (SA) üzrə strategiyanın uyğunlaşdırılması prosesinə rəhbərlik və fəaliyyətinə davamlı nəzarəti təmin etmək məqsədini özündə ehtiva edir.
- Əsas Fəaliyyət Məqsədlərinin və Göstəricilərini (ƏFG-ları) təklif etməklə, Ekosistem qrupundakı şirkətlər üçün strategiyanın müəyyən edilməsində Ekosistem Aparat Rəhbərinə dəstəyin göstərilməsi. Strateji aktivlər in strategiyasının məzmununun müəyyən edilməsi və həyata keçirilməsi, eyni zamanda Ekosistem və Strateji aktivlər in ümumi strateji istiqamətinin icrası və inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı məsələlərdə Aparat Rəhbərinə məsləhətlərin verilməsi;
- Ekosistem Baş İcraçı Direktorunun fəaliyyət istiqamətlərini strateji aktivlər in yüksək rəhbərliyinə düzgün şəkildə çatdırılmasının idarə edilməsi;
- Hədəflərə və/və ya yaranan strateji təhdidlərə/imkanlara müdaxilə etməkdə Aparat Rəhbərinə dəstək olmaq üçün Strateji aktivlər in strateji performansında geriləmə halları olduqda icra zamanı xəbərdarlıqların edilməsi. Aparat Rəhbəri üçün dövri strateji və fəaliyyət hesabatlarının hazırlanmasına rəhbərlik;
- Aparat Rəhbəri üçün ümumi hesabatlarda Strateji aktivlər üzrə fəaliyyət təhlillərinin, geriləmələrin, onların səbəblərin və tövsiyələrin konsolidasiyasının idarə edilməsi;
- Aparat Rəhbərinin göstərişinə əsasən Strateji aktivlər üçün Əsas Fəaliyyət Göstəricilərin (ƏFG) təyin edilməsi prosesini idarə edilməsi;
- Kritik məsələlərin əsas səbəblərini və ilkin olaraq fəaliyyət istiqamətlərində hər hansı geriləmələr barədə Aparat Rəhbərinə müvafiq məlumatların verilməsi;
- Ekosistem qrupunun idarə edilməsində rəsmi iştirakın bir hissəsi olaraq komitələrin fəaliyyətində iştirak;
- İllik büdcələmə prosesinin bir hissəsi olaraq Ekosistem qrup şirkətlərinin büdcələrinin düzgün və müəyyən olunmuş zaman çərçivəsində hazırlanmasının təmin edilməsi;
- PAŞA Holdingın daxili idarəetmə orqanlarında iştirak (tələb olunduqda): PAŞA Holding Günü, Agile toplantısı, Town- Hall, Aylıq Strateji aktivlərin fəaliyyətinin nəzərdən keçirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə, Strategiya və ya Biznesin idarəedilməsi sahəsində bakalavr və ya magistr dərəcəsi;
- Maliyyə xidmətləri və bank sahəsində 4 illik peşəkar təcrübə;
- İngilis, Azərbaycan, Rus və Türk dillərində mükəmməl bilik;
- Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
- Bankçılıq və sığorta sahəsində biliklər;
- MS Office və digər alətlər (e.g. Bloomberg, Capital IQ, SAP) üzrə biliklər;
- CFA, FRMA üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.