İR üzrə Baş Mütəxəssis (Performansın İdarə Edilməsi və İnkişafı)

16 Noyabr 2024 - 28 Fevral 2025

PAŞA Holdinq Performansın İdarə Edilməsi və İnkişafı üzrə Baş Mütəxəssis vəzifəsinə təcrübəli namizədlər axtarır.

İşin təsviri

  • Əməkdaşların performansını və təşkilati effektivliyini artırmaq üçün performansın idarə edilməsi siyasətinin və prosedurunun işləyib hazırlanması və həyata keçirilməsi;
  • Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
  • Performans təhlillərinin aparılmasında və fəaliyyətin təkmilləşdirilməsi planlarının yaradılmasında menecerlərə rəhbərlik və dəstək verilməsi;
  • Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının hazırlanmasına kömək göstərilməsi;
  • Performans nəticələrinin izlənməsi və maraqlı tərəflərə çatdırmaq üçün performans panellərinin və hesabatlarının hazırlanması;
  • Performansın idarə edilməsində sənaye tendensiyaları və ən yaxşı təcrübələrdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələr tövsiyə edilməsi;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar

  • İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür;
  • Performansın idarə edilməsi, öyrənmə və inkişafa diqqət yetirməklə İR sahəsində minimum 3 il təcrübə;
  • Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları və ən yaxşı təcrübələr haqqında güclü anlayış;
  • Bütün səviyyələrdə maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı ilə əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • Güclü layihə idarəetmə bacarıqları, o cümlədən tapşırıqların prioritetləşdirilməsi, vaxt qrafiklərinin idarə edilməsi və nəticələrin idarə edilməsi;
  • Performans idarəetmə proqram və alətlərindən istifadə bacarığı, SAP Success Factor modulunda təcrübə üstünlükdür;
  • MS Suite üzrə iş bilikləri;
  • Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq bacarığı;

Müraciət etmə qaydası

Maraqlanan namizədlərdən qeyd olunan forma vasitəsi ilə müraciət etməsi xahiş olunur:

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcək və YALNIZ seçilmiş namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.