PAŞA Holdinq Baş Data Analitik vəzifəsinə təcrübəli namizədlər axtarır. Bu mövqe qabaqcıl analitika vasitəsilə strateji qərarların qəbul edilməsi, təkmilləşdirilməli sahələrin müəyyən edilməsi ilə əməliyyat səmərəliliyinin artırılması, proqnozlaşdırılan modelləşdirmə və proqnozlaşdırma ilə biznesin böyüməsinə dəstək və təşkilat daxilində datalara əsaslanan mədəniyyətin təşviqi üçün həyati əhəmiyyət kəsb edir.
Vəzifə təlimatı:
- Strateji biznes qərarlarını istiqamətləndirmək üçün yüksək səviyyəli datanın təhlilinin təmin edilməsi;
- Uzunmüddətli planlaşdırma və proqnozlaşdırmanın dəstəklənməsi üçün qabaqcıl analitik modellərinin hazırlaması;
- Mürəkkəb analitik layihələrə rəhbərlik, təşkilati məqsədlərə uyğunluğun təmin edilməsi;
- Mürəkkəb data anlayışlarının yüksək rəhbərliyə aydın və effektiv şəkildə təqdim edilməsi;
- Strateji qərarlara təkan verən rəhbər səviyyəli idarə panelləri (dashboard) və hesabatların hazirlanması;
- Gənc və orta səviyyəli data analitiklərə mentorluq və onların bacarıqlarının inkişaf edilməsi;
- Data ehtiyaclarının və imkanlarının müəyyən edilməsi üçün digər departamentlərlə əməkdaşlıq;
- Analitik komandası ilə digər biznes bölmələri arasında əsas əlaqədar şəxs rolunda çıxış edilməsi;
- Data analitikası tendensiyaları və ən müasir təcrübələrdən məlumatlılıq;
- Biznes dəyərinin artırılması üçün innovativ analitik texnika və alətlərin tətbiq edilməsi;
- Biznes fəaliyyəti üçün əsas fəaliyyət göstəricilərinin (KPI) işlənib hazırlanmasına və monitorinqinə dəstək;
- Əməliyyatların optimallaşdırılması imkanlarını müəyyən etmək üçün qabaqcıl analitikadan istifadə.
Tələb olunan təcrübə, bacarıq və səriştələr:
- Data elmləri (Data Science), statistika, riyaziyyat, kompüter elmləri, biznes analitikası və ya əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsi;
- Müvafiq sahədə ən azı 4 il olmaqla, ümumilikdə 8 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi;
- SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər;
- Kompleks analitik layihələrin hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
- Maşın öyrənməsi (ML) və statistik təhlil üsullarının tətbiqi üzrə bilik və təcrübə;
- Müxtəlif növ data bazası və data bazaları ilə işləmək təcrübəsi;
- Dataların idarə olunması və idarəetmə prinsiplərinin anlayışı;
- Dataların vizuallaşdırılması alətləri və idarə panelinin yaradılması ilə bağlı təcrübə;
- Analitik proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə bacarıqlar;
- Analitik alətlərlə (məsələn, DataIKU, Alteryx) təcrübə üstünlük təşkil edir.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.