PAŞA Holding Qrup üzrə Risklərin idarəedilməsi departamentində Risklər üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
- Riskin idarə edilməsində nəzərə alınmalı aspektləri qrupun ümumi strategiyasının hazırlanması prosesinə inteqrasiya edir.
- Qrupun fəaliyyət göstəricilərinə, nüfuzuna və maliyyə sabitliyinə təsir göstərə biləcək riskləri aşkar etmək və qiymətləndirmək bacarığına malik olur.
- Mürəkkəb texniki sualların ünvanlanacağı yüksək instansiya kimi çıxış edir və onların effektiv və kommersiya baxımından məqsədəuyğun həllini təmin edir.
- Qrup boyunca risk idarəetmə proseslərinin koordinasiyasında iştirak edərək bankçılıq və sığorta şirkətləri arasında effektiv ünsiyyət və əməkdaşlığa şərait yaradır.
- Müşahidə Şurasının risk komitələrinin və kredit komitələrinin müzakirələrində iştirak edir, öz təhlillərini və eləcə də bilik və təcrübələrini bölüşür.
- Əsas maraqlı tərəflər və qərar qəbul edən şəxslər ilə əlaqədə olur və yüksək rəhbərlik üçün etibarlı məsləhətçi olur.
- Biznes, qabaqcıl təcrübəyə söykənən normativ standartlar və normativ-hüquqi bazalar barədə biliklərə əsaslanaraq, onların risk idarəetməsinə təsirlərini müəyyən edir.
- İCAAP prosesi (Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi), stress testi, RHİ (qrup boyu daxili riskin yetkinliyi və qiymətləndirilməsi aləti) və qrup boyu Risk İşhatasına dair Bəyanat hədlərinin təyin edilməsi kimi qrup daxilindəki strateji təşəbbüslərə və layihələrə rəhbərlik edir və onları idarə edir.
- Səriştəli və motivasiyalı risk mütəxəssislərindən ibarət komandaya nəzarət və rəhbərlik edir.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ən azı maliyyə/bankçılıq və əlaqədar sahələrdə bakalavr dərəcəsi;
- Müvafiq sektorda minimum 7 il iş təcrübəsi;
- Risk və ya nəzarət funksiyası üzrə rəhbər vəzifədə iş təcrübəsi;
- Güclü ünsiyyət, danışıq aparma və problem həll etmə bacarıqları;
- Güclü analitik düşünmə bacarığı və yaxşı statistika biliyi;
- FRM və ya CFA sertifikatı üstünlük hesab edilir;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Risklər üzrə menecer” qeyd olunmalıdır;
- CV-lər 04 dekabr, 2024-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.