Ekosistem daxilində Məhsul Meneceri

13 Avqust 2024 - 31 Dekabr 2024

Biz məhsulun həyat dövrünün hərtərəfli idarəetmə çərçivəsini qurmaq və həyata keçirmək üçün yüksək ixtisaslı və təcrübəli Məhsul Meneceri axtarırıq. Bu rol, həyata keçirilə bilən fikirlər çatdırmaq və məhsul performansını optimallaşdırmaqla məhsul portfelimizin uğurunu təmin etmək üçün vacibdir. Bu rol, məhsul portfelimizin gələcəyini formalaşdırmaq və şirkətin uğuruna əhəmiyyətli təsir göstərmək üçün unikal bir fürsət təqdim edir. Təcrübəsi olan və həvəsli bir məhsul menecerisinizsə, müraciət etməyinizi məsləhət görürük.

İşin təsviri:

  • Məhsulun strateqiyasını, inkişafını, bazara çıxarılmasını və sonrakı fəaliyyət analizini əhatə edən genişmiqyaslı həyat dövrü idarəetmə çərçivəsinin hazırlaması və tətbiqi;
  • Məhsul inkişaf planlarının və prioritetlərin müəyyənləşdirilməsi və ümumi biznes məqsədləri ilə uyğunlaşdırılması;
  • Bir neçə məhsulun inkişafını və bazara çıxarılmasına nəzarət, müəyyən olunmuş vaxt çərçivəsində çatdırılması və əsas fəaliyyət göstəricilərinin (KPI) əldə olunması;
  • Üstünlüklərin, müəyyən edilmiş zaman çərçivələrinin və resurs bölgüsü də daxil olmaqla məhsul məlumatlarının əldə edilməsi üçün mərkəzləşdirilmiş bir platformanın yaradılması və idarə edilməsi;
  • Məhsulun fəaliyyəti və bazar tendensiyaları haqqında aydın və dəqiq məlumatların təqdim edilməsi üçün hərtərəfli hesabat sisteminin inkişafı və tətbiqi;
  • Məhsulun uğurunun təmin edilməsi üçün mühəndislər, dizayn, marketinq və satış kimi kross-funksional komandalar ilə sıx əməkdaşlıq;
  • Məhsulun təkmilləşdirilməsi və optimallaşdırılması məqsədilə fəaliyyət datasının təhlil edilməsi və imkanların müəyyənləşdirilməsi;
  • Məhsul idarəetməsi sahəsində bazardakı tendensiyalardan və ən yeni təcrübələrdən daim məlumatlılıq.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Çoxsaylı məhsulların bazara çıxarılması da daxil olmaqla məhsulun idarəedilməsi sahəsində uğurlu təcrübə;
  • Data əsaslı qərarları qəbul etmək üçün güclü analitik və problem həll etmə bacarıqları;
  • Kross- funksional komandalarla effektiv əməkdaşlıq etmək üçün güclü şəxslərarası ünsiyyət və kommunikasiya bacarığı;
  • Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik və təşkilatçılıq bacarıqları;
  • Layihənin idarə olunması metodologiyalarının (Agile, Scrum və s.) biliyi;
  • Data təhlili və hesabat alətləri ilə təcrübə.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.