PASHA Holding Layihələrin idarəedilməsi üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
PMO mütəxəssisi müxtəlif departamentlərdə layihələrin idarə olunması, koordinasiyası və icrasında dəstək göstərərək Layihə İdarəetmə Ofisində (PMO) mühüm rol oynayacaq. Bu vəzifə PMO idarəetmə standartlarının tətbiqi, layihə irəliləyişinin izlənilməsi və layihələrin biznes hədəfləri ilə uyğunlaşdırılmasına görə məsuliyyət daşıyır
İşin təsviri:
- Qrup üzrə Layihələrin idarəedilməsinin strateji hədəflərinə çatması üçün biznes analitikasının aprılması;
- Layihə idarəetmə metodologiyaları, çərçivələri və proseslərinin hazırlanmasına və tətbiqinə dəstək göstərmək;
- Layihənin idarə edilməsi və hesabat standartlarına uyğunluğun təmin edilməsi;
- Funksiyadaxili və funksiyalararası strateji layihələrin icrasında iştirak eyni zamanda tələb olunan dəstəyin təmin edilməsi;
- Layihə cədvəllərinin, təhvil verilməli olan işlərin və büdcələrin monitorinqi;
- Layihə sənədlərinin, hesabatların və dashboard-ların koordinasiyası, layihə statusunun aydın görünməsinin təmin edilməsi;
- Layihələrin bitməsindən sonra qiymətləndirməsi və ya qiymətləndirmələrin araşdırmalarının aparılmasında iştirak, mühüm aşkarlanmaların və təcrübədən əldə edilmiş bacarıqların müəyyən edilməsi;
- Layihənin göstəriciləri və performansına aid olan KPI-ların və digər meyarların izlənməsi;
- Qrup üzrə Rəhbər komitələr və digər platformalar üçün tələb olunan məlumatların toplanması məqsədilə Qrup Funksiyaları və PAŞA Qrupunun Strateji Aktivləri ilə mütəmadi əlaqə saxlanılması;
- Qrup daxilində strateji layihələr və Strateji Aktivlər ilə əlaqəli layihələr üzrə dövri və xüsusi hesabatların və təqdimatların hazırlanmasında dəstək;
- Əməliyyat Planının inkişafı və Əməliyyat Planının nəzərdən keçirilməsi görüşləri ilə bağlı dəstəyin təmin edilməsi;
- Qrup daxilində Rəhbər Komitəsi və layihələrlə əlaqədar sənədləşmələr (PMO verilənlər bazasının idarə edilməsi) üçün sənəd dövriyyəsinin təmin edilməsi;
- Layihələrin idarəedilməsi ilə əlaqədar tələb olunan xüsusi tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Layihələrin İdarəedilməsi ilə əlaqəli sahələrdə ən azı 2+ il peşəkar təcrübə;
- Layihə idarəetmə prinsipləri və ən yaxşı təcrübələri (məsələn, PMI, Agile) üzrə güclü biliklər və PMO alətləri ilə tanışlıq;
- Müxtəlif məlumat və informasiya axınlarının təhlili sahəsində təcrübə;
- Strateji səviyyədə düşünmək və eyni zamanda gündəlik fəaliyyəti idarə edə bilmək qabiliyyəti;
- Qrup PMO şəbəkəsində dəyişiklik agenti kimi fəaliyyət göstərməyə imkan verən güclü analitik bacarıqlar;
- Güclü ünsiyyət və insanlarla işləmə bacarıqları;
- Layihə problemlərini və maneələri proaktiv şəkildə həll etmək qabiliyyəti;
- Detallara diqqət yetirən və özünü təşkil edə bilən;
- Əsas prioritetləri balanslaşdırmaq üçün mükəmməl bacarıqlar;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yaxşı biliklər;
- Azərbaycan və İngilis dillərində yaxşı biliklər (həm şifahi, həm yazılı).
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda təqdim olunan link üzərindən müraciət etməsi xahiş olunur:
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə