Ekosistem daxilində Korporativ Mədəniyyət üzrə Mütəxəssis

19 Sentyabr 2024 - 30 Noyabr 2024

PAŞA Holding təcrübəli namizədləri Ekosistem daxilində Korporativ mədəniyyət üzrə mütəxəssis vəzifəsinə dəvət edir.

İşin təsviri:

  • Ekosistem brendinq məqsədlərinə uyğun tədbir və kommunikasiya strategiyalarının layihələndirilməsi və həyata keçirilməsində dəstək;
  • Ekosistemi təşviq etmək üçün Kick-off tədbiri, Liderlik günü, illik Birlik günü, universitetlərlə əməkdaşlıq tədbirləri və daxili və xarici tərəfdaşların iştirak etdiyi digər tədbirlər daxil olmaqla müxtəlif tədbirlərin planlaşdırması, təşkil edilməsi və keçirilməsi;
  • Məkan seçimi, spikerlərin dəvəti, iştirakçıların qeydiyyatı, texniki hazırlıqlar, tədbir məkanında idarəetmə və s. daxil olmaqla tədbirin logistikasının bütün aspektlərinin əlaqələndirilməsi;
  • Təqdimatlar, panel müzakirələri, seminarlar və işgüzar əlaqələrin yaradılması imkanlarını özündə birləşdirən brendinqə uyğun ətraflı tədbir gündəliklərinin hazırlanması;
  • Maraqlı tərəflər və iştirakçılarla vaxtında ünsiyyət və növbəti fəaliyyətlərin həyata keçirilməsini təmin edərək cəlbedici kontentin yaradılması;
  • İştirak və əlaqələrin artırması üçün bülletenlər, sosial media və daxili platformalar kimi müxtəlif kommunikasiya kanallarından istifadə etməklə həm daxili, həm də xarici tədbirlər üçün təşviqat strategiyalarının hazırlanması və həyata keçirilməsı;
  • İştirakçılardan rəy toplaması və tədbirdən sonra əlaqələrin idarə edilməsi. Səmərəlilik göstəriciləri, iştirakçıların rəyləri, büdcəyə riayət və gələcək təkmilləşdirmələrə dair tövsiyələr daxil olmaqla tədbirin nəticələrinə dair hesabatların hazırlaması;
  • Ekosistem liderlərini əks etdirən yüksək keyfiyyətli videoların hazırlanması və əcnəbilər üçün xüsusi platforma nəzərə alınmaqla digər kontent yaratma sessiyaları daxil olmaqla, yeni işə qəbul olunanlar üçün işə adaptasiya (onbording) platformalarının hazırlanması və izlənməsi;
  • Ekosistem daxilində işçilərin iştirakını, əməkdaşlığını və icma hissinin artırılması üçün komanda yaratma fəaliyyətlərinin və daxili kommunikasiya tədbirlərinin planlaşdırması və həyata keçirilməsi;
  • Şirkətin dəyərlərinə və strateji prioritetlərinə uyğunluğu təmin etməklə, daxili kommunikasiya materialları üçün cəlbedici və məlumatlandırıcı kontentin yazılması, redaktə və düzəlişlərin edilməsi;
  • Müxtəlif işçi qrupların və xarici maraqlı tərəflərin effektiv şəkildə cəlb etmək üçün innovativ formatlar, alətlər və üsulların təklif edilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Tədbirlərin idarə edilməsi, Korporativ Kommunikasiya və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Ümumi ən azı 4 il, o cümlədən müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Tədbirlərin planlaşdırılması və keçirilməsində, kommunikasiya kanallarının hazırlanmasında və idarə edilməsində təsdiqlənmiş təcrübə;
  • Tədbirlərin planlaşdırılması, kommunikasiya və məzmunun hazırlanması sahəsində təcrübə;
  • Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.

Müraciət etmə qaydaları:    

Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə.