PAŞA Holding İnnovasiyalar komandasında İnnovasiya tədbirləri üzrə baş mütəxəssis vəzifəsinə çalışaraq, siz Inmerge Innovation Summit kimi innovasiya fokuslu iri tədbirlərin hazırlanmasında aparıcı rol oynayaraq, cəzbedici məzmun seçməyə və nüfuzlu natiqlərin iştirakını təmin etməyə köklənəcəksiniz. Strateji töhfələrininiz PAŞA Holdinqin məramları ilə üst-üstə düşən və onun innovasiyalar lideri kimi mövqeyini möhkəmləndirən təsirli və düşündürücü təcrübələr yaratmaqdan ibarət olacaq.
İşin təsviri:
- Məzmunun yaradılması və idarə edilməsi:
- PAŞA Holdinqin məqsədləri və sənaye trendləri ilə həmahənglik təmin etmək şərti ilə tədbirlər üçün müfəssəl məzmun strategiyasını hazırlamaq.
- Daxili komandalar və təşkilat-xarici tərəfdaşlarla sıx işləyərək hər bir tədbir üçün əsas mövzular, məsələlər və məzmun tezislərini müəyyən etmək.
- Başlıca və sütun tərəfdaşların və sponsorların müəyyən etdiyi vertikallar üzrə hədəf auditoriyanın marağını doğuracaq cazibəli, innovativ sessiya formatlarının yaradılmasını istiqamətləndirmək.
- Natiqlərin cəlb edilməsi və onlarla iş
- Tədbirlər üçün nüfuzlu natiqlərin, təfəkkür liderlərinin, sənaye ekspertlərinin və tədbir aparıcılarının seçilməsində başlıca məsuliyyəti qəbul etmək.
- Potensial natiqlər və agentliklər ilə münasibətlər qurmaq və saxlamaq, iştirak şərtlərini razılaşdırmaq və tədbirin mövzuları ilə uyğunluğu təmin etmək.
- Tədbirdən öncə və tədbir zamanı natiqlərə lazımi yardım və dəstək göstərərək düzənli, auditoriyanı məftun edəcək təcrübələr yaratmaq.
- Proqram hazırlanması və icrası
- Tədbir proqramlarının hazırlanmasına başçılıq etmək, gündəliyin və sessiya formatlarının müəyyən edilməsini yönləndirmək.
- Təşkilat-daxili və təşkilat-xarici məzmun yaradıcıları ilə əməkdaşlıqda yenilikçi, valehedici proqramlar yaratmaq.
- Proqramların yerində rəvan icrasını təmin etmək, istənilən çətinliklərin öhdəsindən gəlmək və tələb olduqca dəyişikliklər etmək.
- Logistika və əlaqələndirmə:
- Logistika komandası ilə sıx əlaqədə işləyərək məzmuna və natiqlərə qoyulan tələbləri ümumi tədbir planına inteqrasiya etmək.
- Natiq və təqdimatçıların səyahət, yerləşdirmə və logistika məsələlərini əlaqələndirmək.
- Məzmunun təqdimatına aid bütün texniki və logistik aspektlərinin qüsursuz icrasını təmin etmək.
- Maraqlı tərəflərlə iş:
- Başlıca natiqlər, sponsorlar və tərəfdaşlar ilə münasibətlər qurub onları qoruyub saxlamaq.
- Natiqlər üçün əsas əlaqə şəxsi funksiyasını yerinə yetirmək, onların sorğularını cavablandırmaq və ehtiyaclarını qarşılamaq.
- Sponsorlarla işbirliyi quraraq onların mesajlarının və məqsədlərinin tədbir məzmununa inteqrasiya etmək.
- Startapçılar və investorlar ilə inteqrasiya
- Tədbirlərə müxtəlif investorları cəlb etmək üçün sənaye təşkilatları və investisiya şəbəkələri ilə strateji tərəfdaşlıqlar qurmaq, mənalı bağlantılara və yatırım fürsətlərinə xidmət edən mühit yaratmağa çalışmaq.
- Tədbirin fokusu və sənayedəki tendensiyalar ilə uyğunlaşan innovativ startapları müəyyən və cəlb etmək.
- Əməkdaşlığın qurulması və yatırım fürsətlərinin dəyərləndirilməsi üçün startapçılar və investorlar arasında şəbəkələşmə sessiyalarının və ünvanlı görüşlərin keçirilməsinə şərait yararmaq.
- Logistika komandası ilə sıx əlaqədə işləyərək startapçıların və investorların tədbirə rəvan inteqrasiyasını təmin etmək.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Tədbir idarəetməsi, marketinq, biznes və ya əlaqəli sahədə magistr dərəcəsi; tədbir idarəetməsi üzrə əlavə sertifikatlar və magistr dərəcələri üstünlükdür.
- Mükəmməl yazılı və şifahi ingilis dili biliyi; mürəkkəb fikirlər ifadə etmək və çeşidli natiqlərə, sponsorlara və sair maraqlı tərəflərə mənalı şəkildə müsahib olmaq qabiliyyəti; beynəlxalq tədbir mühitində anlaşıqlı ünsiyyət və uğurlu əməkdaşlıq qurmaq bacarığı.
- Miqyaslı tədbir idarə etməkdə nümayiş oluna bilən təcrübə, o cümlədən məzmun seçimi və natiqlərin idarə olunmasına güclü fokus.
- Müstəsna təşkilati və layihə idarəetməsi bacarıqları; bir neçə işi eyni zamanda görmək və sərt müddətləri gözləmək qabiliyyəti.
- Güclü danışıqlar aparma və tərəfdaşlıqlar qurma qabiliyyəti; sponsorlar, natiqlər və sair maraqlı tərəflərə uğurlu əməkdaşlıq zəminində qarşılıqlı fayda verən münasibətlərin qurulmasının və tədbir portfelinin davamlı artımının sübutu.
- Tədbirlərin planlaşdırılmasında kreativlik və innovativlik; unikal və yaddaqalan məzmun təqdim edilməsinin təmin edilməsi.
- Tədbirlərin idarəetməsi üzrə proqram təminatı və alətlər ilə tanışlıq.
- Tədbirlərin xərc səmərəliliyini gözləməklə icrasını təmin edən büdcə idarəetməsi təcrübəsi.
- Tədbir dövrləri zamanı səfərə çıxmaqda və qeyri-müntəzəm saatlar işləməkdə çeviklik.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlər qeyd olunan forma vasitəsi ilə müraciət edə bilərlər:
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.