İR Strategiyası və Transformasiya üzrə Ekspert (Müvəqqəti)

2 Dekabr 2024 - 31 Yanvar 2025

İR Strategiyası və Transformasiya üzrə Ekspert İR-nin transformasiyası və təşkilati mükəmməlliyə təkan vermək üçün strateji təşəbbüslərin icrasına nəzarət edəcək. O, biznes məqsədlərinə uyğunlaşdırmaq, əməliyyat səmərəliliyini artırmaq, həmçinin innovasiya mədəniyyətini inkişaf etdirmək üçün İR çərçivələri, siyasəti və təcrübələrinin formalaşdırılmasında rol oynayacaq.

İşin təsviri:

  • Təşkilatın məqsədləri, vizyonu və dəyərlərinə uyğun olaraq İR strategiyalarını həyata keçirmək. İR effektivliyi və ümumi biznes uğuruna olan töhfəni artıracaq təşəbbüsləri həyata keçirmək
  • PAŞA Şirkətlər Qrupunun müxtəlif bizneslərində İR üzrə Strateji Biznes Tərəfdaşı kimi şıxış etmək
  • Prosesləri asanlaşdırmaq, xidmətlərin göstərilməsini təkmilləşdirmək və əməliyyat mükəmməlliyini artırmaq üçün İR üzrə əməliyyat modellərini optimallaşdırmaq və tətbiq etmək. Təşkilati struktur, mədəniyyət və strateji prioritetlərə uyğunluğu təmin etmək.
  • Agile metodologiyaları və təcrübələri nəzərə alaraq İR funksiyası daxilində çevikliyə (agility) və innovasiyalara təkan vermək. Dəyişikliyə həssaslığı və uyğunlaşma qabiliyyətini artırmaq üçün fəaliyyətin idarə edilməsi, istedadların əldə olunması və təşkilati dizayn kimi İR proseslərinə yanaşmaları nəzərdən keçirmək
  • Təşkilat məqsəd və vəzifələr ilə uyğunlaşdırılmış qrup İR texnologiyası strategiyasının hazırlanmasında və icrasında dəstək göstərmək. Mövcud texnologiya mühitini qiymətləndirmək, boşluqları müəyyənləşdirmək, İR imkanlarını artırmaq və rəqəmsal transformasiyaya təkan vermək üçün həll yolları tövsiyə etmək.
  • İR siyasətləri, prosedurları və təlimatlarının nəzərdən keçirilməsinə, hazırlanmasına və təkmilləşdirilməsinə töhfə vermək. Hüquqi qaydalara, sənaye standartlarına və təşkilati dəyərlərə uyğunluğu təmin etmək məqsədilə siyasətə düzəlişlər, yeniləmələr və uyğunluq tələbləri haqqında töhfələr vermək.
  • Təşkilatlarda istedadlı şəxsləri qiymətləndirmək, onları inkişaf etdirmək və effektiv şəkildə yerləşdirmək üçün şəriştə modelinin və karyera inkişafı yollarının yenilənməsinə töhfə vermək
  • Qərarların qəbulunu əsaslandırmaq və davamlı təkmilləşdirməyə təkan vermək üçün İR datası, ölçüləri və tendensiyalarına dair müzakirələrdə və onların təhlilində iştirak etmək. İR proseslərini və nəticələrini optimallaşdırmaq məqsədilə data analitikasından istifadə edərək tövsiyələr irəli sürmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • İR strategiyası, təşkilati inkişaf və ya əlaqəli sahələrdə 8 ildən artıq qabaqcıl təcrübə.
  • İR çərçivələri, təcrübələri və metodologiyaları üzrə nümayiş olunmuş səriştə.
  • Güclü analitik, strateji düşüncə və problem həll etmək bacarığı.
  • Liderlik, ünsiyyət və maraqlı tərəflərin idarə edilməsi üzrə mükəmməl bacarıqlar.
  • İR üzrə transformasiyanı idarə etmək və ölçülə bilən biznes nəticələrini təqdim etmək sahəsində qabaqcıl təcrübə
  • İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir)
  • İR-nin idarə olunması və/və ya dəyişikliklərin idarə edilməsi üzrə sertifikat (məsələn, SHRM-SCP, SPHR) üstünlük təşkil edir

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən link vasitəsi ilə müraciət etməsi xahiş olunur:

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.