Ekosistem daxilində Kadrların seçilməsi üzrə Mütəxəssis

19 Sentyabr 2024 - 30 Noyabr 2024

PAŞA Holding təcrübəli namizədləri Ekosistem daxilində Kadrların seçilməsi üzrə mütəxəssis (Rekruter) vəzifəsinə dəvət edir.

İşin təsviri:

  • Vəzifə təlimatlarının hazırlaması və müxtəlif platformalarda yerləşdirməsi. İşədüzəlmə portalları, sosial media, peşəkar şəbəkələr (məs. LinkedIn) və işçi tövsiyələri ilə potensial namizədlərin müəyyənləşdirməsi və cəlb edilməsi;
  • Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və bacarıq, təcrübə və mədəni uyğunluğun qiymətləndirməsi üçün ilkin müsahibələrin aparılması;
  • Axıcı və səmərəli müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
  • Cari və gələcək işəgötürmə ehtiyaclarını qarşılamaq üçün ixtisaslı namizədlərin siyahısının yaradılması və saxlanması;
  • Namizədləri İzləmə Sistemindən (ATS platforması) istifadə etməklə namizədlərin məlumatlarının idarə edilməsi və işə qəbul siyasətinə və qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Namizədlərlə müsbət təcrübəni qoruyaraq, işə qəbul prosesi boyunca namizədlərlə geri əlaqə saxlanılması;
  • İşə qəbuldan əvvəl namizəd məlumatlarının doğruluğunun və etibarılılığının təmin edilməsi üçün namizədlərin tərcümeyi-halını və tövsiyələrinin yoxlanması;
  • Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadlı mütəxəssisləri cəlb etmək üçün işə qəbul üzrə marketinq kampaniyalarını idarə etməklə işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;
  • Maneəsiz inteqrasiyanı təmin etmək üçün sənədləşmə, istiqamətləndirmə və təlimlər də daxil olmaqla yeni işçilərin onbordinq prosesinin əlaqələndirməsi;
  • Viza və iş icazələri, səyahətin təşkili, yaşayış və mədəni inteqrasiya daxil olmaqla əcnəbilərin işə götürülməsi və yerdəyişməsi proseslərinin idarə edilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Psixologiya, Sosiologiya və ya İnsan Resursları menecmenti üzrə bakalavr dərəcəsi;
  • Ümumi ən azı 4 il, o cümlədən müvafiq vəzifədə 2 il iş təcrübəsi;
  • Kadrların qiymətləndirilməsi və seçilməsi alətləri ilə tanışlıq, işəgötürmə üzrə marketinq və işəgötürənin brendinin yaradılması haqqında biliklər;
  • Resursların cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
  • ATS platformalarından istifadə təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.

Müraciət etmə qaydaları:    

Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə.