Datanın idarəedilməsi üzrə baş mütəxəssis

27 May 2024 - 31 Dekabr 2024

PASHA Holding Baş Data İnzibatçısının Ofisi, data əsaslı qərar qəbul etmə mədəniyyətini inkişaf etdirmək məqsədi ilə Strateji Aktivlərimizdə (SA) data və analitika bacarıqlarının qurulması istəqamətində işləyir. Məqsədimiz, etibarlı və əlçatan məlumatlardan istifadə edərək biznəsə hədəflərinə çatmaqda dəstək göstərməkdir. Proqram dörd istiqamətdən ibarətdir: Datanın idarəetməsi, Təşkilat və Mədəniyyət, Data Texnologiyası və Analitika. Datanın İdarəetməsi istiqaməti üçün Datanın idarə edilməsi üzrə baş mütəxəssisi işə götürmək niyyətindəyik. Datanın idarə edilməsi üzrə baş mütəxəssis, analitik layihələrin icrasını, işə salınmasını və effektiv datanın idarə edilməsi proseslərinin qurulmasını təmin etməkdə mühüm rol oynayır.

İşin təsviri:

  • Strateji Aktivlərin data komandaları ilə işləyərək, onların təşkilatlarında Data İdarəetmə siyasətlərini, prosedurlarını və standartlarını tətbiq edir. Mütəmadi olaraq icmallar və yeniləmələr aparır;
  • Strareji Aktivlərdə yüksək keyfiyyətli data idarəetmə proseslərini, prosedurlarını və standartlarını eləcə də davamlı təkmilləşdirmə və geri dönüş/rəy mexanizmlərini tətbiq edir;
  • Bütün data idarəetmə proseslərinin sənayenin ən yaxşı təcrübələrinə və tənzimləyici tələblərə uyğunluğunu təmin edir;
  • Biznes analizi aparır, potensial həlləri dəyərləndirir, tətbiqlərini idarə edir və təyin olunmuş vəzifələr və layihələr üçün zəruri təlim və kommunikasiyaları hazırlayır; Həllərin dəyərləndirilməsi və tətbiqi mərhələlərində müvafiq maraqlı tərəflərlə əməkdaşlıq edir;
  • Biznes ehtiyacları və strateji məqsədlərlə uyğunluğu təmin edərək analitik layihələrin mümkünlüyünü təmin edir. Hər bir istifadə halı (“use case”) üçün aydın uyğunluğu qoruyaraq meyarları və icraatın mümkünlüyünün hazırlanmasını təmin edir;
  • Analitik layihələrə cəlb olunmuş maraqlı tərəflər (biznes, İT, data elmi və s.) üçün əlaqələndirici şəxs kimi fəaliyyət göstərərək, təşkilatın daxilində və xaricində effektiv kommunikasiya və koordinasiyanı asanlaşdırır;
  • Müzakirələri təşkil edir və maraqlı tərəflərlə nəticələrin təqibini təmin edir, bu müzakirələri əməliyyat edilə bilən iş axınlarına, proseslərə, standartlara, təqdimatlara və tələblərə çevirir;
  • Gündəlik stand-up, həftəlik check-in, həftəaşırı sprint icmalları, aylıq status yeniləmələri və digər zəruri görüş gündəlikləri, hesabatları və təqdimatları hazırlayır və koordinasiya edir;
  • Datanın idarəetmə proseslərinin və analitik istifadə hallarının həyata keçirilməsini və səmərəliliyini izləmək üçün ƏFG-ları (əsas performans göstəricilərini) müəyyən edir, izləyir və mütəmadi olaraq hesabat verir;
  • İrəliləyişi nümayiş etdirmək üçün yüksək keyfiyyətli hesabatlar və vizualların hazırlanması, potensial problemləri Datanın idarəedilməsi üzrə rəhbərin və ya daha yüksək rəhbərliyin nəzərinə çatdırır;
  • Data keyfiyyəti hesabatları və təkmilləşdirmə planlarını tədbiq edir və inkişaf etdirir. Yüksək data keyfiyyəti standartlarının qorunmasını təmin etmək üçün dəqiqlik, tamlıq, uyğunluq və vaxtında datanın keyfiyyət ölçülərini izləyir;
  • Data idarəetmə proseslərini standartlaşdırmaq üçün imkanları müəyyən edir, data idarəetmə yetkinliyini artırmaq üçün alətlərin qiymətləndirməsində dəstək olur, seçimində iştirak və tətbiq edir;
  • Strateji Aktivlərdə data və analitika prinsiplərinin qəbulunu təşviq edən təhsil səylərini dəstəkləyir;
  • Data üzrə idarəetmə istiqamətində ən yaxşı təcrübələrinin tədbiqini artırmaq üçün data əməkdaşlarının inkişafını dəstəkləyir;
  • Data idarəetmə mövzuları üzrə ekspert kimi fəaliyyət göstərir, mürəkkəb data idarəetmə problemlərinin həll edilməsi üçün təhlil və ekspertiza ilə təmin edir.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Güclü analitik, problem həll etmə, təşkilatçılıq və vaxtın düzgün idarəedilməsi bacarıqları;
  • Mükəmməl ünsiyyət bacarıqları (şifahi/yazılı): ingilis, azərbaycan dillərinin biliyi (rus dilininin biliyi üstünlükdür);
  • Layihələrin İdarəedilməsi sahəsində peşəkar təcrübə (müvafiq sertifikat üstünlükdür);
  • Layihə qərarlarını tənzimləyən, eyni zamanda bir neçə komanda daxilində yarana biləcək problemləri həll edə bilən mütəxəssis;
  • İş proseslərinin dizayn edilməsi, tətbiqi və təkmilləşdirilməsi təcrübəsi;
  • Siyasətlərin və/və ya prosedurların yaradılması təcrübəsi;
  • Güclü şəxsiyyətlərarası və danışıqların aparılması bacarıqları,müxtəlif maraqlı tərəf qruplarına təsir göstərmək təcrübəsi;
  • Ms Suite bilikləri;
  • Datanın idarə edilməsi meyarlarının və əsas performans göstəricilərini (ƏFG) izləmək,hesabatlar və vizuallar yaratmaq üçün Tableau, Power BI və ya QlikView bilikləri;
  • Maliyyə / pərakəndə bazar bilikləri arzu olunandır;
  • Data İdarəetmə siyasətləri və prosedurları haqqında faydalı biliklərin olması arzu olunandır;
  • Data idarəetmə vasitələrini bilmək (Atacama, Informatica və s.) üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.