PAŞA Holding Datanın İdarəedilməsi Rəhbəri vəzifəsinə doldurmaq üçün namizədləri dəvət edir. Bu rol, PAŞA Qrupunun maddi dəyərini reallaşdırmaq üçün data potensialının aşkarlanmasına yönəlmiş Baş Data Ofisinin tərkibindədir. Datanın Baş İdarəsinin əməkdaşı və korporativ məlumatların idarə edilməsi şöbəsinin rəhbəri kimi siz təşkilatın informasiya aktivlərinin idarə edilməsində mühüm rol oynayacaqsınız. Bu vəzifə datanın keyfiyyətini və əlçatanlığını artırmağı hədəfləyir və şirkətlərarası məlumat mübadiləsi üçün özünə xidmət imkanları yaratmaq təşəbbüslərinə rəhbərlik etmək, datanın keyfiyyətini artırmaq üçün proqramlar həyata keçirmək və datanın idarə edilməsi standartlarına və siyasətlərinə riayət etməyi əhatə edir. Bu rol bütün qrupda strateji qərar qəbul etməyi və əməliyyat səmərəliliyini dəstəkləyən effektiv məlumat idarəetmə sistemlərinin yaradılmasında əsas rol oynayır.
İşin təsviri:
- Şirkət daxilində özünəxidmət alətlərinin və data mübadiləsi platformalarının tətbiqinə və inkişafına rəhbərlik, datanın keyfiyyətinin və işləmə müddətinin düzgün tənzimlənməsini nəzərə alaraq giriş rahatlığının təmin edilməsi;
- Bütün biznes bölmələrində məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını artırmağa yönəlmiş hərtərəfli data keyfiyyətinin yaxşılaşdırılması proqramının işə salınması və idarə edilməsi. Data keyfiyyətinin və proqram efektivliyinin qiymətləndirilməsu üçün metrikaların və əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi;
- İnkişaf edən biznes ehtiyaclarına uyğun olaraq datanın idarə edilməsi siyasətlərinin, prosedurlarının və standartlarının düzgün idarə edilməsi və yenilənməsi. Bu təlimatların praktik, aydın və asan tətbiq edilə bilməsinin təmin edilməsi;
- Datanın idarə olunması təcrübələrini gündəlik əməliyyatlar zamanı tətbiq edilməsi üçün Holdinqin Strateji Aktivləri və PAŞA Holdinq funksiyaları ilə sıx əməkdaşlıq. Datanın idarə edilməsi çərçivəsi və məqsədləri ilə uyğunluğu təmin etmək üçün departamentlər arasında əlaqə və əməkdaşlığın təşviq edilməsi;
- Datanın idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirməsi və idarə edilməsi. Təkminləşdirmənin nəticələrinə nəzarət etmək, inkişafa ehtiyacı olan sahələri müəyyən edilməsi və əldə edilən nəticələrin əsasında tövsiyələrin yüksək rəhbərliyə çatdırması üçün mütəmadi olaraq hesabatların hazırlanması. Zəruri hallarda yarana biləcək məsələlərin rəhbərliyə çatdırılması;
- Təlim sessiyaları, seminarlar və davamlı dəstək vasitəsilə Şirkət daxilində datanın idarə olunması üzrə ən son təcrübələrin təbliğ edilməsi. Bütün maraqlı tərəflərin datanın idarə edilməsi çərçivəsində öz rolları və öhdəlikləri barədə məlumatlandırılması.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Kompüter elmləri, Biznesin idarəedilməsi və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
- Datanın keyfiyyətinə, özünəxidmət platformalarının analitikasına və data mübadiləsi təşəbbüsləri diqqət mərkəzində olmaqla datanın idarə edilməsi və ya əlaqəli sahədə təcrübə;
- Bütün səviyyələrdə maraqlı tərəflərin cəlb edilməsi və onlarla əməkdaşlıq bacarığı ilə əla liderlik, ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
- Detallara diqqət yetirmərlə analitik və problem həll etmə qabiliyyəti;
- Dəyişikliklərin idarəedilməsi, layihənin idarəedilməsi, biznes analitikası və ya oxşar sahələrdə ən az 5 illik peşəkar təcrübə. Yeni biliklərin əldə edilməsinə açıq olma;
- Əla liderlik və idarəetmə bacarıqları. Komandanın kiçik üzvlərinin effektiv istiqamətləndirməsi və bacarıqların artırılması;
- Aydın və yığcam ünsiyyətç eyni zamanda texniki terminlərin biznes anlayışlarına çevirilməsi bacarığı;
- Layihə qərarlarının tətbiq edilməsi və fərqli komandalar arasında məsələlərin düzgün idarə edilməsi.
Arzu olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Məlumat idarəetmə alətləri və proqram təminatı ilə təcrübə;
- Layihə idarəetmə sertifikatı və ya təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə.