PAŞA Holdinq namizədləri Data Analitiki vəzifəsinə dəvət edir. Bu rol, datalara əsaslanan qərarların qəbul edilməsinin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, artım üçün yeni imkanların müəyyən edilməsi və proqnozlaşdırıcı analitika vasitəsilə resursların bölüşdürülməsinin optimallaşdırılması kimi əsas təşkilati məqsədlərə nail olmaqda çox vacibdir.
Vəzifə təlimatı:
- Qabaqcıl statistik üsullardan istifadə edərək dataların dərin təhlilinin aparılması;
- Biznes strategiyalarını dəstəkləyən tendensiyaların, nümunələrin və anlayışların müəyyən edilməsi;
- Təhlil üçün hərtərəfli datasetlərin yaradılması məqsədilə müxtəlif mənbələrdən dataların inteqrasiyası;
- Etibarlı yoxlama və təmizləmə prosesləri vasitəsilə dataların keyfiyyətinin və bütövlüyünün təmin edilməsi;
- Nəticələrin maraqlı tərəflərə çatdırılması üçün təfərrüatlı hesabatlar və idarə panellərinin (dashboard) yaradılması;
- Dataya əsaslanan qərarların qəbulunun dəstəkləməsi üçün aydın və effektiv data vizuallaşdırma işlərinin inkişaf etdirilməsi;
- Komandaların data ehtiyaclarını anlamaq və analitik dəstəyinin təmin edilməsi üçün kross-funksional komandalarla yaxından əməkdaşlıq;
- Analitik layihələrin strateji məqsədlərlə uyğunlaşdırması üçün yüksək rəhbərliklə əməkdaşlıq;
- Fəaliyyətə yararlı biznes anlayışlarını yaratmaq üçün fərziyyələrin formalaşdırılması və sınaqdan keçirilməsi;
- Strateji təşəbbüslər və təkmilləşdirmə işləri üçün dataların təhlili əsasında tövsiyələrin verilməsi;
- Data analitikası və əlaqəli texnologiyalarda ən son tendensiyalar və qabaqcıl təcrübələrlə yenilənməsi;
- Davamlı olaraq analitik prosesləri və metodologiyaları təkmilləşdirmək yollarının axtarılması;
- Gənc analitiklərə analitik bacarıqlarını inkişaf etdirməkdə yardımçı olmaqla mentorluq;
- Rəhbərlik və ya digər departamentlərin müraciəti əsasında xüsusi təhlillərin aparılması;
- Mürəkkəb datalarla bağlı sorğuların vaxtında və dəqiq cavablandırılması.
Tələb olunan təcrübə, bacarıq və səriştələr:
- Azərbaycan, ingilis və rus dillərini mükəmməl biliyi;
- Data analitikası, verilənlərin istehsalı, statistik modelləşdirmə, maşın öyrənməsi (ML) və ya data elmi ilə bağlı işlərlə əlaqədar uğurlu təcrübə;
- İrihəcmli Dataların işlənib hazırlanması sahəsində təcrübə və Python, SQL analitik kitabxanalarla proqramlaşdırma dilləri üzrə praktiki biliklər;
- Statistikanı dərindən bilmək;
- Əla vizuallaşdırma bacarıqları (Tableau, Power BI və ya başqaları);
- Analitik alətlərlə (məsələn, DataIKU, Alteryx) təcrübə üstünlükdür.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.