Biznes Qrupu daxilində Analitik

20 Avqust 2024 - 31 Dekabr 2024

PAŞA Holding Biznes Qrupu daxilində Analitik vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Biznes Qrupunun ehtiyacları üçün araşdırmalar aparılması və məlumatların toplanması;
  • Bankçılıq və Sığorta sahəsindəki strateji aktivlər və şirkətlər üçün dövrü və xüsusi hesabatların, eyni zamanda təqdimatların hazırlanması;
  • Biznes qrupunun nümayəndələrinə onların gündəlik fəaliyyətlərində hərtərəfli yardımın göstərilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Maliyyə/ Biznesin idarəedilməsi sahəsində Bakalavr dərəcəsi;
  • Bank və ya sığorta sektorunda ən azı 3 il iş təcrübəsi;
  • Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • İngilis və Azərbaycan dillərində mükəmməl bilik;
  • Güclü fərdlərarası ünsiyyət bacarıqları;
  • Güclü analitik bacarıqlar;
  • Maliyyə hesabatlarından anlayışın olması;
  • Təzyiq altında işləmə bacarığı;

Müraciət etmə qaydaları:        

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.