PAŞA Holding Ekosistem daxilində Biznes Analitik vəzifəsini doldurmaq üçün yüksək motivasiyalı və detallara diqqət yetirən mütəxəssis axtarır. İdeal namizəd maliyyə təhlili, modelləşdirmə, Strateji təhlil və ya konsaltinq sahəsində 3 ilə qədər təcrübəyə malik olmalıdır. Bu vəzifə, elektron ticarət və fintech sahələrinə xüsusi diqqət yetirərək, Azərbaycanda ən böyük B2C ekosisteminin yaradılmasında ön sıralarda olmağa imkan verir.
İşin təsviri:
- Strateji qərar qəbul etmə prosesini dəstəkləmək üçün maliyyə təhlili və modelləşdirmənin həyata keçirilməsi;
- Strateji aktivlər üçün fəaliyyətin idarəedilməsi prosesinin (strateji planlaşdırma / modelləşdirmə, büdcə, KPI və s.daxil olmaqla) hazırlanmasın və həyata keçirilməsində iştirak;
- Müştəri saxlama faizi və məhsulun spesifikliyini əhatə edən məhsul təhlili aparılması;
- Fərqli komandalar ilə əməkdaşlıq, ekosistem şirkətləri, Data və innovasiya istiqamətləri, xarici tərəfdaşlar və məsləhətçilərlə əlaqələrin qurulması;
- Həm dövri, həm də xüsusi sorğu əsasında rəhbərlik üçün nəticələri, tövsiyələri və analitik dəstəyi çatdırmaq üçün hesabatlar və təqdimatların hazırlanması;
- Gündəlik əsasda Ekosistem komandalsının mütəxıssislərinə dəstək;
- Qlobal ekosistem, E-kom və Fintech nəticələrinin diqqət mərkəzində saxlanılması, əsas inkişaf istiqamətlərini və tendensiyaları müəyyənləşdirməsi.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Maliyyə təhlili, modelləşdirmə, strateji analiz və ya konsaltinqdə 3 ilə qədər iş təcrübəsi;
- Maliyyə, iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
- Excel və PPT bilikləri ilə güclü analitik bacarıqlar (Miro, SQL, Dataiku üstünlükdür);
- Mükəmməl ünsiyyət və təqdimat bacarıqları, mürəkkəb anlayışları aydın və qısa şəkildə ifadə etmək bacarığı;
- Proaktiv düşüncə və tapşırıqları effektiv şəkildə prioritetləşdirmək bacarığı ilə detallara diqqət;
- Həm komanda həm də müstəqil işləmə bacarığı;
- İngilis və rus dillərinin yüksək səviyyədə biliyiı;
- E-com və ya Fintech texnologiyasında təcrübə arzu olunandır.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur.
Diqqət: Müraciət eən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.