“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət (PAŞA Holdinq və ya “PAŞA Holding” MMC) öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.

Holdinq fəaliyyətə başladığı 2006-cı ildən etibarən öz biznesini effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur.

Holdinqdə iki növ investisiya portfeli mövcuddur: PAŞA Holdinq və törəmə şirkətlərində (PAŞA Qrup) səhmlərin nəzarət payı və kiçik özəl kapital investisiyaları.

 

  • 19.3 mlrd. AZN

    31 dekabr 2022-ci il tarixi üçün Cəmi Aktivlər

  • 20.5 mlrd. AZN

    31 dekabr 2023-cü il tarixi üçün Cəmi Aktivlər

  • 2.45 mlrd. AZN

    31 dekabr 2022-ci il tarixi üçün Cəmi Kapital

  • 2.83 mlrd. AZN

    31 dekabr 2023-cü il tarixi üçün Cəmi Kapital

  • 2.1 mlrd. AZN

    31 dekabr 2022-ci il tarixi üçün Ümumi Gəlir

  • 2.4 mlrd. AZN

    31 dekabr 2023-cü il tarixi üçün Ümumi Gəlir

  • 34.7%

    31 dekabr 2022-ci il tarixi üçün Azərbaycanın bank sektorunda aktivlər üzrə Bazar Payı

  • 35.2%

    31 dekabr 2023-cü il tarixi üçün Azərbaycanın bank sektorunda aktivlər üzrə Bazar Payı

  • 19.500+

    31 dekabr 2022-ci il tarixi üçün Qrup üzrə Ümumi İşci Sayı (məxsus və idarə olunan şirkətlər daxildir)

  • 20,000+

    31 dekabr 2023-cü il tarixi üçün Qrup üzrə Ümumi İşci Sayı