28May, 2021
Back to News

PAŞA Holding-in dəstəyi ilə AFAQ layihəsi davam edir

“PAŞA Holding”in dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində qadın fermerlərlə görüşlər davam edir. Aqrar fəaliyyətlə məşğul olan qadınlarla növbəti görüş İmişli rayonunda baş tutub.
 
Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 14 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmələrə əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (seperator, süd sağan aparat, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, süd sağan aparat, yem üyüdən aparat və s.) ilə təmin olunublar.
 
Qeyd edək ki, PAŞA Holding sahibkarlıq, xüsusən də qadınların bu, eləcə də aqro-sahibkarlıq sahəsində fəaliyyətinə xüsusi diqqət ayırır. Şirkətin artıq iki ildən çox dəstək göstərdiyi AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 82 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.