Korporativ Sosial Məsuliyyət

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Fərmana əsasən, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətədavamlı ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. Azərbaycanda qabaqcıl şirkətlərdən olan “PAŞA Holding”də, cəmiyyətdəki rolunu və Korporativ Sosial Məsuliyyətini dərk edərək, bu layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Qubada PAŞA Holdinqin dəstəyi ilə qurulan “ABAD Factory” fəaliyyətə başlayıb

2018-ci il oktyabr ayının 11-də "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub.

11 Oktyabr 2018