“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i “PAŞA Holding” MMC-yə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 40 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2020-ci ilin may ayı üçün 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
Əsas Kredit Qiymətləndirməsi
Uzunmüddətli Bank Depoziti
Uzunmüddətli Kontragent Risk Qiymətləndirməsi
Reytinq Proqnozu
Uzunmüddətli Kredit Reytinqi
Qısamüddətli Kredit Reytinqi
Reytinq proqnozu