KORPORATİV İDARƏETMƏ

Korporativ idarəetmə - səhmdarların və sərmayəçilərin maraqlarının müdafiəsini təmin edən etibarlı vasitədir. Korporativ idarəetmə prinsipləri ümumi performans, maddi stabillik və gəlirliliyin əldə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Holdinq idarəetmə orqanları arasında səlahiyyət bölgüsünə şərait yaradır, kadrların düzgün motivasiya olunmasını önə çəkərək və qanunauyğunluğu saxlayaraq şirkətlərinin maliyyə fəaliyyətini izləyir. “PAŞA Holding” Azərbaycanda korporativ mədəniyyətin inkişaf etdirilməsi və irəliləməsi üçün səylərini əsirgəmir və öz səhmdarlarının da dəstəklədiyi şirkətin strateji həfəflərinə nail olmaq üçün şəffaflıq, hesabatlılıq, etibarlı korporativ idarəetmə, kommunikasiya, əməkdaşlıq və tərəfdaşlığa güvənərək regional bazarda mühüm yer almağı hədəfləyir. “PAŞA Holding”in əsas korporativ idarəetmə hədəfi - təşkilatı strukturun optimallaşdırılması ilə müştətrilərin tələblərinə, çevik qərar vermə prosesinə və yüksək iş keyfiyyətinə cavab verəcək şəffaflıq və davamlı inkişafdır.