“PAŞA İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA İnvestments” və ya “PAŞA İnvestments” MMC) Azərbaycan, Gürcüstan və Türkiyədə orta kapitallı şirkətlərə böyümə kapitalı investisiyalarını hədəfləyən investisiya şirkətidir.

Yarandığı gündən PAŞA İnvestments etibarlı maliyyə tərəfdaşı reputasiyası qazanmışdır.  Hazırda “PAŞA İnvestments” MMC öz sahibkarlarını geniş ekspertiza, maliyyə potensialı və güclü strategiya ilə təmin edir. Şirkət investisiya təşkilatı anlayışına cavab verir və 100% səhmləri ilə PAŞA Holding MMC-yə məxsusdur.

Şirkətin investisiya məqsədi Azərbaycanda və digər ölkələrdə fəaliyyət göstərən seçilmiş özəl şirkətə investisiya qoymaqla orta müddətli kapital artımına nail olmaqdır. 31 dekabr 2023-cü il tarixinə Şirkətin konsolidasiya edilmiş aktivləri 282 mln AZN-i ötüb, kapitalı isə 271 mln AZN təşkil edib.

Şirkətin təcrübəli komandası öz fəaliyyətində rəhbər tutduğu başlıca missiyası artım potensialı olan şirkətləri aşkar etmək və onların sonrakı inkişafına və genişlənməsinə dəstək olmaqdır.

Maraqlar:

  • Fəaliyyət regionu

    Azərbaycan, Türkiyə və Gürcüstan

  • Sənaye maraqları

    Neft-qaz və maliyyə sektorlarından başqa əsaslı dəyər yaradan bütün sənaye sahələri

  • Əməliyyat növləri

    Artım Kapitalı, Maliyyə Restruktrizasiyası və Səhmlərin alınması

Daha ətraflıwww.pashainvestments.az