Bizə olan inamın önəmini duyaraq, dürüstlük, keyfiyyət, gəlirlilik, əməkdaşlıq və sahibkarlıq üzərində qurulmuş strategiyamıza güvənirik.
Azərbaycan Əmanət Bankı kimi 1874-ci ildə qurulan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə geniş çeşiddə bank xidmətləri göstərir.
2007-ci ildə yaradılmış PAŞA Bank böyük korporasiyalardan kiçik və orta ölçülü müəssisələr və PAŞA Bankın əmək haqqı kart sahiblərinədək müştərilərə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini təklif edir. PAŞA Bank Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişafına töhfə verməyi və regiona investisiya yatıran müəssisələri resurs və təlimatla təmin etməyi qarşısına məqsəd qoyur.
"PAŞA Sığorta" ASC Azərbaycanın sığorta bazarında tanınmış liderdir. PAŞA Sığorta 300 000-ə yaxın fiziki və hüquqi şəxsə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
"PAŞA Həyat Sığorta" ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla yanaşı, hazırda həyat sığortasına dair bütün növ məhsulları müştərilərinə təqdim edir.
“PAŞA İnvestments” Azərbaycan, Gürcüstan və Türkiyədə orta kapitallı şirkətlərə kapital artımı investisiyalarını hədəfləyən investisiya şirkətidir.
PAŞA Kapital fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.
Kvadrat metrlik kommersiya təyinatlı hazır obyekt
Kvadrat metrlik tikilməkdə olan ümumi mərtəbə sahəsi
"PAŞA Travel" Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır.
Otel biznesi sahəsində strateji oyunçu olmağı hədəfləyən “Abşeron Otel Qrup”un ortamüddətli məqsədi dünya səviyyəli otel və kurort portfelinin yaradılması yolu ilə yerli və regional bazarlarda lider mövqelər tutmaqdır.
"PAŞA Technology"-nin məqsədi PAŞA Qrup üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.