VAKANSİYA

PASHA Holding Satınalma üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Satınalma üzrə menecerə gündəlik fəaliyyətində dəstək;
  • Təchizatçılar və istehsalçılar ilə bütün əlaqələr üçün tək bir əlaqə nöqtəsi olaraq Qrupun mərkəzləşdirilmiş satınalma tələbləri ilə sıx əməkdaşlıq;
  • İstehsalçılar ilə müvafiq mövzu ilə əlaqədar mütəmadi əlaqələr, eyni zamanda ehtiyac yarandığı halda müqavilə imzalandıqdan sonra idarəetmə tələblərinin həyata keçirilməsi;
  • Qrup üzrə mərkəzləşdirilmiş Təsdiq olunmuş Təchizatçı Siyahısı (TTS) proseslərinin idarə olunması;
  • Satınalma platformasının idarəedilməsi və cari fəaliyyətlər barədə son istifadəçilərin məlumatlandırılması;
  • Maraqlı tərəflərlə sıx koordinasiyada satınalma prosesinin tənzimlənməsi və əvvəldən sona qədər idarəedilməsi. Bütün proseslərin Satınalma siyasəti və prosedurlarına uyğun həyata keçirilməsi;
  • Obyektiv iş meyarlarına və müəyyən edilmiş tələblərə əsasən təchizatçıların seçilməsi;
  • Qiymət, keyfiyyət və xidmət də daxil olmaqla maliyyə və əməliyyat ölçüləri ilə istehlak üçün əsaslı təhlil yolu ilə Satınalma Strategiyalarının təkmilləşdirilməsi barədə tövsiyələrin verilməsi;
  • Təchizatçıların qanuni tələblərə riayət etməsini, eyni zamanda PAŞA Holdinqin qayda və etikaya riayət etmək öhdəliklərinə uyğun davranışının təmin edilməsi. PAŞA Holdinqin əsas dəyərlərinə, missiyasına uyğun təchizatçılarla əlaqələrin qurulması;
  • Qrup üzrə satınalma konsolidasiya proseslərində iştirak və prosesin təkminləşdirməsi (Konsolidasiya imkanların formalaşdırılması üçün Tələbat Planı çərçivəsində);

Tələblər:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür;
  • Azərbaycan, Rus və İngilis dillərinin biliyi (həm yazılı həm şifahi);
  • MS Office (MS Excel və MS Power Point), E-Procurement və satınalma üçün ERP proqramlarının biliyi;
  • Strateji satınalma prosesinin mükəmməl anlayışı;
  • Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü danışıqlar bacarıqları
  • Experience in supplier performance management and customer management
  • Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər);
  • Konsolidasiya edilmiş həcmlər üzrə tenderlərin keçirilməsində təcrübə (həcmlərin konsolidasiya imkanlarının müəyyən edilməsi, həcmlərin konsolidasiyası və tamamlama tarixlərinin əlaqəli tərəflərlə razılaşdırılması və həmin tenderlərin keçirilməsi);
  • Məhsul və xidmətlərin, eyni zamanda tədarükçülərin təsnifat prinsiplərinin anlayışı;
  • Təchizatçıların seçimi (ilkin seçim), xidmətin səmərəliliyinin təhlili, təchizatçıların inkişafı təcrübəsi.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 14 Noyabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Choose file