VAKANSİYA

PASHA Holding Biznes Qrupu daxilində Analitik vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Biznes Qrupu daxilində Analitik vəzifəsinə tələblər:

Təqdimat:

  • Rəhbərlik üçün materialların hazırlanması (dövrü/növbədənkənar);
  • Müşahidə komitəsi və icraedici komitə üçün materialların hazırlanması (təqdimat və müzakirə mövzuları);
  • Tərəfdaş şirkətlərlə görüşlərdə iştirak və qeydlərin aparılması;

Araşdırma və Maliyyə:

  • Maliyyə modelləşdirməsi, həssaslıq və ssenari təhlili daxil olmaqla maliyyə təhlili;
  • Performans yeniləmələri, tədqiqat sənədləri və təqdimatların təhlili yolu ilə anlayışların müəyyənləşdirilməsi;
  • Startap ideyalarının ilkin seçim siyahısı və hər bir fikrin strateji baxımdan qiymətləndirməsi üçün dəstək;

Strategiya:

  • Aktivlər və/və ya xarici startaplar ilə əlaqələrin idarə edilməsi;
  • Strateji planlaşdırma və monitorinq prosesinə analitik dəstəyin göstərilməsi;
  • Dövrü olaraq xüsusi istiqamət yönümlü araşdırmaların aparılması və nəticələrin xülasəsi haqqında mlumatlandırma;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Data və analitika, e-ticarət və ya innovasiya sahəsində qabiliyyət;
  • Yüksək analitik, maliyyə modelləşdirmə və riyazi problemləri həll etmə bacarıqları;
  • İşdə və/və ya işdənkənar fəaliyyətlərdə liderlik təcrübəsinin nümayiş etdirilməsi.;
  • Analitik aşkarlamaları əlaqəli olaraq həm şifahi, həm də yazılı şəkildə təqdim etmək bacarığı;
  • Komanda şəklində əməkdaşlıq mühitində işləmə bacarığı;
  • Təşkilatın bütün səviyyələrində insanlarla səmərəli işləmək bacarığı.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Biznes Qrupu daxilində Analitik” qeyd olunmalıdır;
  • CV-lər 31 oktyabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Choose file