KARYERA

Siz öz professional CV-nizi göndərməklə və ya saytımızdan ərizə formasını onlayn doldurmaqla bizim ruhlandırıcı kollektivimizin üzvü ola bilərsiniz. Seçim prosesi ilə aşağıda tanış ola bilərsiniz.

• ƏRİZƏLƏRİN VƏ CV-LƏRİN YOXLANILMASI
İnsan Resursları Departamenti tərəfindən hər bir müraciət qısa müddət ərzində nəzərdən keçirilir, hər bir ərizəyə avtomatik cavab göndərilir, CV-ləri ilkin mərhələdən uğurla keçən namizədlərlə əlaqə saxlanılır.

• MÜSAHİBƏLƏR
Seçim prosesi 2-3 mərhələli müsahibələrdən ibarət olmaqla həyata keçirilir. Müsahibələrin tarixi namizədlərlə əlaqə saxlanıldıqdan sonra müvafiq olaraq təyin edilir və bu barədə məlumat namizədlərə telefon və ya e-mail vasitəsilə bildirilir.
İlk müsahibə, İR nümayəndələri ilə təyin edilir və bu mərhələdə əsas məqsəd sizin təhsiliniz və iş təcrübəniz haqqında ətraflı məlumat toplamaq və sizi daha yaxından tanımaqdır. Bu mərhələdə, siz həmçinin, “PAŞA Holding” haqqında sizi maraqlandıran sualları ünvanlamaq, müraciət etdiyiniz vəzifə, eləcə də, şirkətin sizə təqdim etdiyi fayda və mənfəətlər barədə ətraflı məlumat əldə etmək və s. kimi imkanlar əldə edəcəksiniz.
İkinci müsahibə, müraciət etdiyiniz vəzifənin müvafiq departament rəhbəri, nümayəndələrindən biri və ya bir neçəsinin iştirakı ilə baş tutacaqdır. Bu mərhələdə əsas hədəf sizin iş təcrübəniz və münasib sahə üzrə biliklərinizi aşkara çıxarmaqdır. Bu zaman, zərurət halında, yazılı tapşırıq və ya test mərhələsi də təşkil olunur.
Sonuncu mərhələdə isə müsahibə Şirkətin əməliyyatlar üzrə direktor müavini və ya Şirkətin direktoru ilə tanışlıq mərhələsidir. Həmin mərhələdə yekun seçim edilərək namizədlərdən birinin müraciət etdiyi vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilir.

• İŞ TƏKLİFİ
Seçilmiş namizədlər seçim mərhələlərinin yekun nəticələri haqqında e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılır və mühüm məlumatların (işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar) təsvir olunduğu təklif məktubu ilə tanış olurlar. Təklif məktubunu imzalamaqdan əvvəl, siz təklif haqda düşünə və sizi maraqlandıran sualları məsul şəxsə ünvanlandıra bilərsiniz.

PAŞA Holding hər zaman istedadlı və bacarıqlı mütəxəssislər axtarışındadır. CV-lərinizi şirkətimizin web-səhifəsinə yükləməklə öz bilik və bacarıqlarınıza uyğun gələcək iş imkanları haqqında məlumat ala bilərsiniz. Bütün ərizə və CV-lər recruitment@pasha-holding.az ünvanına yönləndirilməlidir.

Contacts:

"PASHA Holding" LLC
Port Baku 153, Neftchilyar Avenue
AZ 1010, Baku, Azerbaijan
Tel.: (+994 12) 505 50 00
Fax: (+994 12) 505 15 35
office@pasha-holding.az