“PAŞA HƏYAT SIĞORTA”

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

“PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) üzvüdür.

Şirkət keyfiyyətin idarəedilməsi üzrə "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir. “PAŞA Həyat Sığorta” Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün həyat sığortası siniflərinə aid, hər bir müştərinin tələblərinə cavab verən aşağıda qeyd olunan məhsullar təqdim edir:

  • Həyatın ölüm halından sığortası
  • Həyatın yaşam sığortası
  • Sağalmaz xəstəliklərdən sığorta
  • İşsizlik sığortası
  • Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

Nizamnamə kapitalı: 40.250.000 AZN
Ümumi aktivləri: 150.000.000 AZN

Ətraflı məlumat üçün baxın