“PAŞA BANK”

2007-ci ildə yaradılmış “PAŞA Bank” Azərbaycanın aparıcı korporativ bankıdır.

“PAŞA Bank”ın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində isə 9 biznes-mərkəz fəaliyyət göstərir. 2013-cü ildən etibarən biz Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunuruq. Bununla da biz bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırırıq.

Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ekspert cəmiyyətinin yüksək qiymətlərinə nail olmuşuq. “Standard & Poor's” “PAŞA Bank”a kredit reytinqini vermişdir: uzunmüddətli 'BB-' və qısamüddətli 'B'. Reytinqin dəyişmə proqnozu - "stabil" göstərilmişdir. Bu göstərici, ölkədə 100% yerli kapitala malik olan bütün özəl banklar arasında ən yüksək və Azərbaycanın bütün özəl bankları arasında isə ikinci ən yaxşı reytinqdir. Öz növbəsində “Fitch Ratings” də bizə uzunmüddətli emitentin defolt reytinqini (EDR) - "B+" səviyyəsində "stabil" proqnozu ilə təsdiqləmişdir.

Bankın kapitalı: 336 milyon AZN-dən artıqdır
Ümumi aktivləri: 986 milyon AZN*-dən çoxdur
Bankın səhmlərinin 60%-i “PAŞA Holding”-ə məxsusdur

Ətraflı məlumat üçün baxın