“ABŞERON OTEL QRUP”

“ABŞERON Otel Qrup” (əvvəllər “PASHA Hotels and Resorts” MMC kimi tanınan) “PAŞA Holding”in yeni otellərin idarə edilməsi üçün yaradılan şirkətidir. Qrupun yaradılmasında əsas məqsəd qısa müddət ərzində dünya standartlarına cavab verən otel və istirahət komplekslərini inşa etməklə yerli və regional bazarda qonaqpərvərlik sənayesində lider olmaqdır.

Otelin portfeli təkcə Bakı daxilində deyil, paytaxtdan kənarda da orta həcmli otellərdən tutmuş, lüks həyat tərzi nümunəsi olan müxtəlif otel kateqoriyalarını əhatə edir.

Hal-hazırda “PAŞA Holding” Azərbaycan ərazisində beynəlxalq otel menecmenti şirkətləri tərəfindən idarə olunan “Four Season”, “JW Marriott Absheron”, “Bulvar Otel” kimi otellərin sahibidir.

Şirkətin layihələri sırasında Azərbaycanın şimal zonasında yeni inşa olunmuş və 2013-2014-cü illərin qış fəslində açılışı olan Şahdağ xizək kurort zonasında iki beşulduzlu otel də vardır.

Ətraflı məlumat üçün baxın