RİSKLƏRİN İDARƏ OLUNMASI

Risklərin idarə olunması prosesi "PAŞA Holding"in bütün biznes sahələrinin vacib bir hissəsidir. PAŞA Şirkətlər qrupunun strateji məqsədlərinə və hədəflərinə çatması üçün bütün risklər öncədən qiymətləndirilir.

Qabaqcıl risk menecmenti (RM) "PAŞA Holding"in və onun Strateji Aktivlərinin davamli inkişafını təmin etmək məqsədilə yaradılmışdır. RM Qrup daxilində risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqini təmin edir. Effektiv və çevik qaydada risklərin idarə edilməsi öz növbəsində qərarvermə prosesinin inkişafına təkan vermiş olur.

Risk iştahının hərtərəfli araşdırılması effektiv risk menecmenti proqramının ən mühüm hissəsini təşkil edir və birbaşa olaraq holdinqin ümumi risk idarəetməsi fəlsəfəsi və strateji məqsədləri ilə əlaqəlidir.

Belə ki, "PAŞA Holding" aşağıdakı halları istisna edir:

1. Normativ tələblərə uyğunsuzluq;
2. Daxili İdarəetmə tələblərində hər hansı uyğunsuzluq;
3. Strategiyadan kənara çıxma halları.

“PAŞA Holding” Qrup daxilində hər kəs tərəfindən anlaşıla bilən risk mədəniyyətinin bərqərar olunmasına çalışır ki, bununla da davamlı ünsiyyət mexanizmləri insanlara risklərin qavranılması və öz öhdəliklərinin düzgün yerinə yetirmələri üçün bacarıqlarının formalaşdırmasında yardım etmış olur.