DAXİLİ AUDİT

"PAŞA Holding"in Audit və Monitorinq departamenti şirkətin digər bütün biznes proseslərinin inteqral hissəsidir.

Korporativ idarəetmə beynəlxalq və yerli biznes mühitində geniş önəm kəsb etməyə davam edir. AMD-nin rolunun əhəmiyyəti ardıcıl olaraq sürətlə artır və əhatə dairəsi genişlənir. Departament bütün öhdəlikləri dərk etməklə yanaşı, onları dərindən araşdırır, bütövlüklə əhatə edir və effektiv nəticənin əldə olunması üçün zəruri fəaliyyəti həyata keçirir. AMD-nin fəaliyyəti biznes mühiti və aparıcı dünya təcrübəsi ilə birbaşa əlaqəlidir.

AMD "PAŞA Holding"in fəaliyyətini inkişaf etdirən və dəyərlərini önə çəkən müstəqil, ədalətli təminat xidmətini və peşəkar konsaltinqi təklif edir. Departamentin məqsədi sistematik, nizamlı yanaşma əsasında risk menecmentinin effektivliyini, idarə edilməsini və idarəetmə proseslərinin ən uğurlu beynəlxalq təcrübələrə uyğunlaşmasını təmin edərək, strateji hədəflərinə çatmasında "PAŞA Holding"ə yardımçı olmaqdır.

AMD-nin əsas funksiyaları aşağıdakılardır:

* Risk menecmentinin, idarəetmənin və idarəetmə sistemlərinin fəaliyyətinin düzgün aparılması və "PAŞA Holding"in hədəflərinin və məqsədlərinin yerinə yetirilməsi üçün keyfiyyətli qiymətləndirmənin aparılması;
* Risk menecmenti faktorlarını və daxili idarəetmə sahəsində çatışmazlıqları qiymətləndirmək və "PAŞA Holding"in effektiv və əhəmiyyətli performansını təmin etmək üçün lazımi tövsiyələrin verilməsi;
* İT funksiyaları, informasiya təhlükəsizliyi və bu sahələrlə bağlı olan digər risk təhlükələrinin qiymətləndirilməsi;
* Normativ tələblərə uyğunluğun qiymətləndirilməsi;
* Digər daxili və xarici resurslarla əməkdaşlıq edilməsi.

AMD-nin rolu özünü bir sıra əməliyyat və uyğunluq audit qaydaları, biznes üzərində daxili nəzarət sistemi vasitəsilə büruzə verir. Bütün audit, icmal və konsaltinq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Daxili Auditorlar İnstitutunun, COSO tələblərinin və digər müvafiq xarici və daxili qaydalar əsasında həyata keçirilir.