KORPORATİV SOSİAL MƏSULİYYƏT (KSM)

Biz qəti şəkildə inanırıq ki, sosial məsuliyyətli biznes cəmiyyətin maraqlarını öndə tutmalı və davamlı yaşam üçün səmərəlilik prinsiplərinə riayət etməlidir. Məhz buna görə KSM davamlı olaraq "PAŞA Holding"in pozitiv sosial və ekoloji fəaliyyətlərinin mərkəzindədir. Holdinq daima müxtəlif sosial layihələri və tədbirləri dəstəkləyir və bununla da biz cəmiyyətin maraqlarını müdafiə etməyə səy göstəririk. KSM vasitəsilə biz cəmiyyət qarşısında öz etik davranış öhdəliklərimizi anlayır və Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verməyə çalışırıq.

KSM Konsepsiyası